Bakıda keçirilməsi nəzərdə tutulan gimnastika üzrə Avropa çempionatlarına Türkiyə ev sahibliyi edəcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Avropa Gimnastikası Bakıda keçirilməli olan Avropa çempionatları ilə bağlı yekun qərarını açıqlayıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təşkilatın İcra Komitəsinin onlayn keçirilmiş iclasında kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatlarına ev sahibliyi məsələsi müzakirə edilib.
Azərbaycan Gimnastika Federasiyasından bu ölkədə COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin sonunadək geniş miqyaslı tədbirlərin keçirilə bilməyəcəyi barədə məlumat aldıqdan sonra İcra Komitəsi sözügedən yarışların Türkiyənin Mersin şəhərində təşkilinə qərar verib.
Çempionatların tarixi və formatı olduğu kimi qalacaq. Kişilərin qitə birinciliyinin dekabrın 9-13-də, qadınların yarışının isə həmin ayın 17-20-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, çempionatlar Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]