Bakıda küləyin sürəti saniyədə 23 metrədək güclənib – FAKTİKİ HAVA
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Düşən yağıntının miqdarı Xaçmaz və Qubada 3, Şabran, Bakıda və Abşeron yarımadasında 2, Qusarda 1 millimetrdir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında arabir 23, Qobustanda 16 metrədək güclənib.
Quba, Qusar, Şərur, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Sabirabad, Biləsuvar, Lənkəran, İmişli, Astarada duman müşahidə olunub. Görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 10, dağlıq rayonlarda 8, Aran rayonlarında 2 dərəcəyədək şaxta qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]