Bakıda mal-qara və təmir-tikinti materialları oğurlayan şəxslər saxlanılıblar
Bakı, 19 sentyabr, AZƏRTAC
Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17 min manat dəyərində mal-qara oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N. Novruzov və 21 yaşlı H. Vəlizadə saxlanılıblar.
İdarənin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H. İsazadə tutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:13]