Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullanın xatirəsinə ədəbi-bədii axşam keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

Bakıda Azərbaycan ədəbiyyatının ukraynalı tərcüməçisi, şair Mıkola Miroşnıçenko və azərbaycanlı-ukraynalı alim, tərcüməçi və Ukrayna ədəbiyyatının tədqiqatçısı Abbas Abdullanın xatirəsinə həsr olunmuş ədəbi-bədii axşam keçirilib. Bu iki görkəmli şəxsiyyəti çoxillik dostluq və yaradıcılıq birləşdirirdi.

Bu barədə AZƏRTAC-a Ukrayna-Azərbaycan layihələrinin kuratoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk məlumat verib.

Tədbirin təşəbbüskarları Marına Qonçaruk və Azərbaycan Ukraynalı Qadınlar Birliyinin rəhbəri Lidiya Əliyeva-Şestak olub. Ədəbi-bədii axşam Ukraynanın xalq deputatı Sergey Naqornyakın dəstəyi ilə keçirilib. O əmindir ki, günümüzdə ikitərəfli münasibətlərdə xalqlarımızın dəyərlərinin dərk edilməsini yaxşılaşdıracaq və onların daha yaxşı öyrənilməsinə töhfə verəcək, habelə Ukrayna mədəniyyətini və ədəbiyyatını Bakıda təbliğ edəcək yaddaş mədəniyyətinin yaradılması vacibdir.

Tədbiri giriş sözü ilə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev açıb. Diplomat ölkələrimiz arasında mədəni əlaqələrin dərin köklərə malik olduğunu, onların inkişafına yönəlmiş layihələrin tarixin ortaq səhifələrinin yenilənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirin moderatoru Marına Qonçarukun sözlərinə görə, bir çox görkəmli şairlər kimi, Mıkola Miroşnıçenko da sovet dövründə “millətçilikdə” ittiham edilib və onun əsərlərinin nəşrinə icazə verilməyib. Sonra şair dostlarının məsləhəti ilə tərcüməçiliklə məşğul olmağa qərar verib. O, inanılmaz dərəcədə bacarıqlı və istedadlı olub və türk dillərini mükəmməl mənimsəyib. Alim Azərbaycan, türk, qədim türk, Krım tatarlarının dilini bilirdi, eyni zamanda, 1976-1978-ci illərdə Azərbaycan Dövlət Universitetində biliklərini təkmilləşdirib. Şair nəinki Azərbaycan dilini yüksək səviyyədə mənimsəyib, həm də Azərbaycan ədəbiyyatını, mədəniyyətini, tarixini dərindən araşdırıb, azərbaycanlıların mentalitetinin, adət-ənənələrinin, dəyərlərinin xüsusiyyətlərini incəliyinə qədər öyrənib. O, ömrünün otuz ilindən çoxunu Azərbaycan ədəbiyyatının tərcüməsinə həsr edib və əsas əsəri ikicildlik “Azərbaycan poeziyası antologiyası”dır (2006). Həmin kitab bu günə qədər Azərbaycan ədəbiyyatının Ukrayna dilinə yüksək bədii tərcümələrinin əsas toplusu olaraq qalır.

Onun ən yaxın azərbaycanlı dostu isə azərbaycanlılar arasında Ukrayna ədəbiyyatının ən görkəmli tərcüməçisi, onu orijinaldan tərcümə edən yeganə şəxs - Abbas Abdulla idi. O, iki il Ukrayna paytaxtında yaşayıb, Kiyevdəki Ədəbiyyat İnstitutunda Ukrayna dili və ədəbiyyatı üzrə biliklərini təkmilləşdirib, sonra Taras Şevçenko, Lesya Ukrainka, İvan Draç və onlarla başqa ukraynalı müəlliflərin kitablarını tərcümə edib. Abbas Abdulla ikitərəfli mədəni əlaqələri, XX əsrin əvvəllərində Bakıda “Prosvita” cəmiyyətinin fəaliyyətini və Ukrayna-Azərbaycan münasibətlərinin bir çox digər mühüm məsələlərini də dərindən öyrənib. O, həm də istedadlı şair, dövlət və siyasət xadimi, diplomat idi.

Ukrayna Azərbaycanlı Qadınlar Birliyinin sədri Lidiya Əliyeva-Şestakın qeyd etdiyi kimi, bu cür xatirə axşamları tanınmış mədəniyyət xadimlərinin xatirəsini ehtiramla yad etməyə imkan verməklə yanaşı, həm də onların yaradıcılıq irsinin gələcək nəsillər üçün qorunub saxlanmasına və gənclər arasında təbliğinə töhfə verir.

Lidiya Əliyeva-Şestak qeyd edib: “Etiraf etməliyəm ki, bu iki görkəmli şəxsiyyət - Ukrayna və Azərbaycan ədəbiyyatının tədqiqatçıları və tərcüməçiləri barədə məlumatı bir neçə il əvvəl Marına Qonçarukun sayəsində almışam. O vaxtdan bəri həm Azərbaycan, həm də Ukrayna ədəbiyyatına böyük töhfələr vermiş bu insanlardan ilham alıram və onların yaradıcılığını həvəslə öyrənirəm. Belə alim və ədiblərin irsi ilə tanış olanda, ilk növbədə, onların müasir internet və kommunikasiya imkanları olmadan necə zəngin mədəni irs qoyub getdiklərini və öz fəaliyyətlərində son dərəcə məhsuldar olduqlarını düşünürsən. Təbii ki, onların ensiklopedik biliyi var idi. Bu şəxsiyyətlərin yaradıcılığı inanılmaz dərəcədə həvəsləndiricidir və mədəni diplomatiyanın parlaq nümunəsidir, xüsusilə Ukrayna üçün bu çətin vaxtlarda daha vacibdir. Belə tədbirlər Ukrayna-Azərbaycan dostluğunun möhkəmlənməsinə kömək edir, xalqlarımız bir-birinə dəstək olurlar”.

Tədbirdə Abbas Abdullanın kiçik oğlu Ayxan Acaloğlu və böyük şairin nəvəsi Aişə Sevgi Acaloğlu da iştirak ediblər. Şairin oğlu azərbaycanlı-ukraynalı alimin övladları və nəvələri arasında Ukrayna dilini mükəmməl bilən yeganə şəxsdir.

Ukraynada qonaqlar qarşısında çıxış edən Aişə xanım vurğulayıb ki, Ukrayna ilə Azərbaycan arasında çoxillik dostluq münasibətləri mövcuddur, lakin Abbas Abdullanın ailəsi üçün bu əlaqələr tamamilə başqa məna və fərqli xarakter daşıyır. “Ukraynaya və Ukrayna dilinə sevgi və hörmət bizim bütün ailəmizə babamızdan miras qalıb. Mənim Ukrayna dilim də babamın yadigarıdır. Onunla bəzi adi şeylər, mənim işlərim və sairə haqqında danışmazdıq, biz siyasətdən, ədəbiyyatdan, dil məsələsindən danışırdıq. Babam Ukrayna haqqında çox danışırdı, söhbətlərin əksəriyyəti Mıkola Miroşnıçenko ilə bağlı idi. O, daim zəhmət çəkib. Deməliyəm ki, babamın həyatında dörd ölkə olub - Azərbaycan, Ukrayna, Türkiyə və Gürcüstan”.

Moderator Marına Qonçaruk yekun sözündə Kiyevdə “Mıkola Miroşnıçenko Kitabxanası” və Bakıda Abbas Abdullanın ev-muzeyinin yaradılmasının vacibliyini qeyd edib.

Tədbirdə Azərbaycanın tanınmış rəssamı Mir Azər Abdullayev, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi Nigar Gözəlova, APA informasiya agentliyinin baş redaktoru Nurşən Quliyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Fərhad Cabbarov, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gənclər Şurasının nümayəndələri, ukraynalı diplomatlar iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb