BAKIDA MUSİQİ BAYRAMI
Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız Mədəniyyət Mətkəzi və Fugro Survey Ltd (Caspian) şirkətinin birgə keçirdikləri musiqi bayramında 3 konsert təqdim olunmuşdur. BMA-nın böyük zalında Fransa milli orkestrinin alt ifaçısı, Bordo Regional Konservatoriyasının kamera musiqisi professoru Jan-Pol Minali-Bella və azərbaycanlı pianoçu, Beynəlxalq müsabiqə laureatı Gülnarə Səfərovanın iştirakı ilə klassik musiqi konserti olmuşdur. Onlar Baxın, Şubertin ”Sonata”ları və Xəyyam Mirzəzadənin “İki pyes” əsərlərini ifa etmişlər.
İkinci konsert BMA-nın qarşısındakı meydanda keçirilmişdir. Fransanın “PANAM TROMBON” kvarteti - Emanuel Flom, Stefan Giö, Tristan Moqən və Eddi Suşua - klassik musiqi əsərlərini təqdim etmişlər.
Elə həmin gün meydanda təşkil olunmuş üçüncü konsertdə Azərbaycanın rok qrupları - “Orient Express” və “Aprel” in musiqiçiləri caz kompozisiyalarını ifa etmişlər. Fransız və azərbaycanlı ifaçıların iştirakı ilə açıq havada keçirilən bu konsertlər əsil musiqi bayramına çevrilmişdir. Tamaşaçılar musiqiçilərin çıxışlarını hərarətli alqışlarla qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]