Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının (IDEA) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, iki günlük konfransda müxtəlif ölkələrin dövlət qurumlarının, neft-qaz şirkətlərinin təmsilçilərindən, ekologiya sahəsində fəaliyyət göstərən alimlərdən və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyəti iştirak edir.

Konfransı açan ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, əsas məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətinin kompleks təhlilini vermək, ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyib hazırlamaq, yaxın on il üçün ətraf mühitin inkişaf dinamikasına dair proqnozlar verməkdir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın rəhbəri Leyla Əliyevanın konfrans iştirakçılarına müraciəti oxunmuşdur.

Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları!

“Neft sənayesində ətraf mühit məsələlərinə qlobal baxış” adlı beynəlxalq konfransın iştirakçılarını salamlamaqdan məmnunluq duyuram.

Qlobal ekoloji problemlər qlobal baxış tələb edir. Dünyada ekoloji problemlərin doğurduğu narahatlıq hər birimizi dərindən düşünməyə vadar edir. Təbiəti daha səmərəli, daha güclü mühafizə etmək üçün innovativ yanaşmalara daim ehtiyac duyulur.

IDEA ətraf mühitin mühafizəsi üçün beynəlxalq dialoq qurmağa çalışır. Təbiətə ziyan vurmamaq üçün ekoloji problemlərin həllinə “yaşıl düşüncə” ilə yanaşmanı və təbliğ etməni fəaliyyətimizin əsas prinsipi sayırıq.

Ətraf mühitin qorunması planetimizdə yaşayan müxtəlif insanların birləşdirici, ümumi həyat fəlsəfəsinə çevrilməlidir. IDEA ekoloji maarifləndirməni gücləndirmək üçün yeni layihələr üzərində işləyir. Planetimizin gələcək ekoloji vəziyyəti bugünkü nəslin düşüncəsindən asılı olaraq yaranacaqdır.

Şübhəsiz ki, ekologiya haqqında düşünmək gələcək haqqında düşünmək deməkdir. Baş verən demoqrafik dəyişikliklər, sənayenin genişlənməsi, insanların təbiətə təsirinin artması ekoloji məsuliyyəti dövrün əsas çağırışına çevirir. Ətraf mühitin mühafizəsinə diqqəti artırmaq üçün imkanlarımızı səfərbər etməliyik.

Çox şadam ki, bu konfrans qlobal ekoloji problemlərin həll yollarının müzakirəsi üçün yeni platforma açır.

Konfransın işinə uğurlar arzulayıram!

Hörmətlə,

Leyla Əliyeva,

Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının rəhbəri”.

Daha sonra ARDNŞ-in ətraf mühitin qorunması ilə bağlı gördüyü işlər haqqında videoçarx nümayiş etdirilmişdir.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev konfransda çıxış edərək ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələrdən və görüləcək işlərdən danışmışdır.

R.Abdullayev belə tədbirlərin neft-qaz sənayesinin yaratdığı ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayacağını bildirmişdir.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən ARDNŞ-in prezidenti ətraf mühitin qorunması məsələlərinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır.

Bakı və Sumqayıt şəhərlərində ətraf mühitin mühafizəsi istiqamətində bir sıra layihələrin həyata keçirildiyini deyən R.Abdullayev belə tədbirlərin insanların ekoloji tərbiyəsində də mühüm rol oynadığını diqqətə çatdırmışdır.

ARDNŞ-in prezidenti demişdir ki, Azərbaycanda neft hasilatının ilk illərindəki təcrübəsizlik nəticəsində ekologiyaya böyük ziyan dəymişdir. Bu gün mədən sahələrində neft məhsulları ilə çirklənmiş 1300 hektar ərazi rekultivasiya edilərək abadlaşdırılmışdır. Bərpa edilmiş ərazilərdə 600 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir. Gələcəkdə bərpa olunacaq ərazilərin yaşıllaşdırılması və meşə zolaqlarının salınması məqsədi ilə ekopark layihəsi həyata keçirilmişdir. Eyni zamanda, Qaradağ rayonu ərazisində yaradılacaq neft-qaz müəssisələrində ən müasir avadanlıq quraşdırılacaq, Bakıdakı və Sumqayıtdakı köhnə müəssisələr ləğv ediləcəkdir.

ARDNŞ-in prezidenti Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər, xüsusilə bp ilə ətraf mühitin mühafizəsi istiqamətində sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırmışdır.

Daha sonra Rövnəq Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş bp-nin təhlükəsizlik və risk əməliyyatları üzrə vitse-prezidenti Robert Aleksandr Vatta yüksək mükafatı təqdim etmişdir.

Robert Aleksandr Vatt onu bu medala layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkür etmişdir. O, ARDNŞ ilə bp arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyindən əminliyini bildirmişdir.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son 10 ildə ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı böyük işlərin görüldüyünü demişdir. Nazir bildirmişdir ki, son 10 ildə Azərbaycanda 8 milli park yaradılmışdır. Daha bir parkın yaradılması ilə bağlı işlər isə davam etdirilir. Mühafizə olunan ərazilərin sahəsi 400 min hektardan 1 milyon hektara çatdırılmış, milyonlarla ağac əkilmişdir. Son 3 ildə Azərbaycanda salınan zeytun bağlarının sayı sürətlə artmışdır.

Azərbaycanda ətraf mühitin qorunmasına dövlət tərəfindən xüsusi qayğı göstərildiyini söyləyən nazir Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsinin bunun bariz nümunəsi olduğunu vurğulamışdır.

bp Qrupunun Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri, Risk, Təlim və Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik, Ətraf Mühit bölməsinin rəhbəri Stiv Flinn Azərbaycanda ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirmişdir. O, ətraf mühitin qorunması məsələsində insanların üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, “Global Counsel” təşkilatının sədri Peter Mandelson Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını demişdir.

Keçmiş sovet ölkələri arasında Azərbaycanın inkişafının daha çox diqqəti cəlb etdiyini deyən P.Mandelson nailiyyətlərin qazanılmasında uğurlu tərəfdaşlığın da payının olduğunu bildirmiş, ARDNŞ ilə bp arasında əməkdaşlığı nümunə kimi qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Böyük Britaniya parlamentinin üzvü yaxın gələcəkdə bu problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.

Tədbirdə neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyanın tətbiqi və bu sahədə əldə olunmuş nailiyyətlər, neft-qaz sənayesinin inkişafı, neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası, neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma və digər mövzular müzakirə olunmuşdur.

Konfrans işini sessiyalarla davam etdirmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb