Bakıda yataqxana binasında yanğın baş verib
Bakı, 16 mart, AZƏRTAC
Bakıda yataqxana binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının altıncı mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və giriş kabeli 1 p.m yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.