Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb
Bakı, 24 iyul, AZƏRTAC
Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iyulun 24-ü saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]