CƏMİYYƏT
Bakıdakı Rus evində azərbaycanlı jurnalistlər mükafatlandırılıb
![](/files/galleryphoto/2023/2/1200x630/16899543691623021204_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16899543692231227011_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16899543693472164871_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16899543703116455464_1200x630.jpg)
Bakı, 21 iyul, AZƏRTAC
1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin ilk nömrəsi işıq üzü görüb. Bununla da milli mətbuatın əsasları qoyulub. Zəngin tarixə malik Azərbaycan milli mətbuatı ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb və oynamaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün Bakıdakı Rus evində iyulun 22-də Azərbaycanda qeyd olunan Milli Mətbuat Gününə həsr olunmuş jurnalistlərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Rusiya informasiya agentliklərinin, portalların, telekanalların, çap və onlayn nəşrlərin nümayəndələri iştirak ediblər.
“Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək uğurlar arzulayıb.
Sonra medianın ən çox fərqlənən nümayəndələrinin mükafatlandırılması mərasimi olub. Jurnalistlərə informasiya sahəsində uğurlu əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Mükafatlandırılanlar arasında AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşları Leyla Muradzadə və Tofiq Babayev də olub.