“Bakıdan Belenə” Yol xəritəsi COP30-da təqdim ediləcək
Bakı, 13 may, AZƏRTAC
“Bakıdan Belenə” Yol xəritəsi COP30-da təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində keçirilən “Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” konfransında deyib.
“2035-ci ilədək iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması hədəfi var. Bütün ölkələr birgə əməkdaşlıq edərək yalnız dövlət mənbələrindən deyil, özəl sektorla birgə çalışaraq 300 milyard dollar iqlim maliyyə hədəfini 1,3 trilyon dollara qaldırmağa çalışacaqlar. Hazırda braziliyalı həmkarlarımla birgə “Bakıdan Belənə” 1,3 trilyon dollarlıq yol xəritəsinin üzərində çalışırıq. Beləndə COP30 zamanı üzv dövlətlərə təqdim ediləcək”, - deyə Y.Rəfiyev qeyd edib.