Bakının “İdman Akademiyası” həndbol komandası Gürcüstana yola düşüb
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də və 26-da qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Tbilisidə keçiriləcək qarşılaşmalarda Gürcüstanın “Olimpiya” kollektivi ilə Bakının “İdman Akademiyası” komandası üz-üzə gələcək.
Oktyabrın 25-də keçiriləcək görüşə “Olimpiya” nominal meydança sahibi kimi çıxacaq. Bu qarşılaşmanın idarəçiliyi hakimlər Famil Qasımov və Eldar Əmirova həvalə olunub.
Oktyabrın 26-da təşkil olunacaq görüşü isə gürcüstanlı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, razılaşmaya əsasən, Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası 20 oyundan 10-nu Bakıda, 10-nu isə Tbilisidə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]