BAKININ “İNTER” FUTBOL KLUBUNUN YENİYETMƏLƏRDƏN İBARƏT KOMANDASI FRANSADA BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏK
Bakı, 18 aprel (AZƏRTAC). Bakının “İnter” futbol klubunun 1993-1994-cü illər təvəllüdlü futbolçulardan ibarət komandası Fransanın Lill şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəkdir.
May ayının 26-da başlayacaq turnir iyun ayının 2-də yekunlaşacaq.
Komandalar iki qrupa bölünəcək və oyunlar dairəvi sistem üzrə aparılacaq. Birinci və ikinci yeri tutmuş komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.
Bakı təmsilçisinin yer aldığı “A” qrupunda İSTR (Fransa), “Bayer Leverkuzen” (Almaniya), ASCQ (Fransa), “Dunkerk” (Fransa), “Vrostlava” (Polşa) mübarizə aparırlar. “B” qrupunda isə Vaskenal (Fransa), Lids (İngiltərə), “Lill” (Fransa), “Banik-Ostrava” (Çex), “Lokomotiv-Sofiya” (Bolqarıstan), “Zulte Varengem” (Belçika) yarışırlar.
Xatırladaq ki, ötən il keçirilmiş turnirə “İnter”in 1992-1993-cü illər təvəllüdlü futbolçuları qatılmış və yarışın bürünc mükafatına layiq görülmüşdülər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]