Bakının “İnter” peşəkar klubunun idmançıları universal döyüş üzrə dünya çempionatında uğurla çıxış etmişlər
Bakı, 20 noyabr (AZƏRTAC). Rusiyanın Medın şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarışda Bakının “İnter” peşəkar klubunun 14 idmançısı birincilik uğrunda mübarizə aparmışdır.
Otuz altı ölkədən idmançıların qatıldığı yarışda universal döyüşün layt versiyasında Orxan Qurbanov (70 kq), Muradxan Fərzəliyev (85 kq) və Tahir Məsimov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Səlim Sultanov (80 kq) ikinci, Sahil Namazov (75 kq), Qəzənfər Namazov (95 kq) və Afaq Cavadova (48 kq) üçüncü olmuşlar.
Klassik növ üzrə yarışlarda Nicat Əliyev (80 kq) qızıl medal qazanmışdır. Namiq Məmmədzadə (75 kq), Məhərrəm Məmmədov (90 kq), Sahib Əliyev (95 kq), Afaq Cavadova (48 kq) və Gülnar Gülməmmədova (57 kq) yarışı üçüncü pillədə başa vurmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:18]
Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib
- 18.06.2026 [11:20]
Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir
- 18.06.2026 [11:08]
Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib
- 18.06.2026 [10:41]
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
- 18.06.2026 [08:05]