BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİNİN 90-CI İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qafqaz İslam Ordusu və Azərbaycan qoşunları tərəfindən Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 90-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə ADPU-nun prorektoru, professor Rafiq Baxşəliyev və başqaları Azərbaycan ilə Türkiyənin tarixi birliyindən bəhs etmişlər.
Natiqlər 1918-ci il sentyabrın 15-də Bakı şəhərində baş verən hadisələrdən danışaraq diqqətə çatdırmışlar ki, mənfur ermənilər işğalçılıq siyasəti apararaq ayrı-ayrı şəhər və rayonlarımızda qanlı faciələr törətmişlər. Bu faciəli hadisələrin qarşısını almaq üçün Azərbaycana qardaşlıq köməyinə gəlmiş Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad etmişdir.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulamışdır.
1918-ci ildə Bakıda bədnam düşmən qüvvələrinə qarşı döyüşlərdə Azərbaycan və türk əsgərlərinin fədakarlıqlarından, qəhrəmanlıqlarından bəhs edən natiq həmin tarixi hadisələrin heç zaman yaddan çıxmayacağını söyləmiş, gənclərə tövsiyələrini vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]