Bakının “Neftçi” klubu Rumıniya, Macarıstan və Qazaxıstan komandaları ilə qarşılaşacaq
Bakı, 22 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakının “Neftçi” futbol klubu qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi hazırlıq prosesi çərçivəsində dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq komandamızın rəqibləri bəlli olub.
“Neftçi” Rumıniyanın “Universitatya Krayova”, Macarıstanın “Ferençvaroş” və Qazaxıstanın “Atırau” komandaları ilə qarşılaşacaq.
Bakı təmsilçisinin dördüncü rəqibi yaxın günlərdə müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]