“Baksol yolu”nda yük avtomobili aşıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Bakı, 14 mart, AZƏRTAC
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov AZƏRTAC-a bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirləri görür.