“BAKUBUİLD-2005” AZƏRBAYCAN BEYNƏLXALQ İNŞAAT SƏRGİSİ AÇILMIŞDIR
Sonra çıxış edən Azərbaycanda Sərmayələrin Təşviqi və Məsləhət Fondunun nümayəndəsi Emin Məcidov, TÜSİAB-ın idarə heyətinin sədri Bataçar Baysal, ITE Group PLC şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə direktoru Edvard Stoun artıq 11-ci dəfə keçirilən sərginin təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələri üçün çox faydalı olduğunu vurğulamışlar. İlbəil genişlənən “BakuBuild” xarici və yerli şirkətlərin istəklərini əks etdirməklə yanaşı, onların təcrübə mübadiləsi aparmalarına, yeni nümayəndəliklərin və iş yerlərinin açılmasına, istehsalçı-istehlakçı münasibətlərinin möhkəmlənməsinə imkan yaradır.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar sərginin pavilionları ilə tanış oldular.
Sərgi oktyabrın 22-dək davam edəcəkdir.