Balakən sakininin evi yanıb
Balakən, 21 fevral, AZƏRTAC
Balakəndə evdə yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Katex kəndində qeydə alınıb.
Yanğın kənd sakini Ruslan Balammədova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan 4 otaqdan ibarət fərdi yaşayış evində olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğının başvermə səbəbləri araşdırılır.