BALAKƏNDƏ ƏLİLLƏRƏ DİQQƏT VƏ QAYĞI ARTIRILIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə Yeni Şərif kəndində ikinci qrup Qarabağ müharibəsi əlili Bəxtiyar Mehdiyevin, Qullar kəndində isə yerli bələdiyyənin daxili imkanları hesabına birinci qrup əlil Eldar Rəhimovun ailələri üçün yeni üçotaqlı ev tikilib istifadəyə verilmişdir.
Hazırda rayon mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına inşa edilən 8 mənzilli binanın tikintisi davam etdirilir.