BALAKƏNDƏ GİMNASTİKA SEKSİYASI AÇILMIŞDIR
![]() |
![]() |
S. Gəncəyev demişdir: “Biz ölkə rəhbərliyinin bölgələrdə gimnastikanı inkişaf etdirmək çağırışına səs verib, Nəsimi adına 2 nömrəli şəhər məktəbində idman gimnastikası seksiyası açmışıq. Hələlik məşqlər həftədə 3 dəfə gimnastika zalında keçirilir, məşqlərdə 10-15-nəfər, o cümlədən qızlar iştirak edir. Əminəm ki, tezliklə Balakəndə ümidverici oğlan və qız gimnastlar yetişəcək və milli yığmaya cəlb olunacaqlar.
Yeni idman növü Balakəndə rayon Gənclər və İdman İdarəsinin qayğılarını artırmışdır. Lakin idarənin rəisi Rasim Paçalovun fikrincə, bunlar xoş qayğılardır. Bütün idman qurğuları ARDNŞ-in hesabına alınmışdır. Burada həm milli komandamız, həm də həmsərhəd ölkələrin idmançıları təlim-məşq toplanışları keçə bilərlər. Çində keçiriləcək Paralimpiya oyunlarında Balakəni yadro tullayan idmançı təmsil edəcəkdir. Bu, bizim üçün böyük uğurdur və iftixar doğuran hadisədir. Balakən gimnastlarının da Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda təmsil edəcəkləri gün artıq uzaqda deyildir.
Balakən uşaqlarına gimnastikanın sirlərini öyrətmək təşəbbüsünü yerli hakimiyyət orqanları da dəstəkləyir. Balakən İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmovanın fikrincə, rayonda gimnastikanın inkişafına ciddi yanaşılmalıdır. Bu gün bir çox valideynlər uşaqlarını gimnastika zalına gətirir, məşqləri maraqla izləyirlər. Əsas odur ki, uşaqlar da məşqlərə böyük həvəs göstərirlər. Tezliklə Balakəndə idman kompleksi istifadəyə veriləcək, müxtəlif yarışlar, o cümlədən gimnastika turnirləri keçiriləcəkdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən onu da bildirmişlər ki, bölgələrdə gimnastikanın inkişafına xüsusi diqqət yetiriləcək, respublikanın müxtəlif şəhərlərində gimnastika bölmələri açılacaq, yerli idman təşkilatları yeni tikilmiş olimpiya komplekslərində həm məşqlər, həm də gimnastika yarışları keçirəcəklər. Mehriban xanım Əliyevanın başçılıq etdiyi Azərbaycan Gimnastika Federasiyası isə öz növbəsində təşəbbüsləri dəstəkləyəcək, entuziastları həvəsləndirəcəkdir ki,bu da ölkəmizdə gimnastikanın inkişafına təkan verəcəkdir.

