BALAKƏNDƏ İÇMƏLİ SU İLƏ TƏMİNAT YAXŞILAŞIR
Bundan əlavə, ötən il Siltikçay su mənbəyində 119 milyon manat (23,8 min AZN) dəyərində yeni suqəbuledici qurğunun istifadəyə verilməsi nəticəsində hazırda rayon mərkəzinə ötürülən içməli suyun həcmi və keyfiyyəti xeyli artmışdır.
2006-cı ildə rayonun Mahamalar kəndində yerləşən paylayıcı su anbarına 3,2 kilometr uzunluğunda, Gərəkli su mənbəyindən isə Balakən şəhərinə 5 kilometr uzunluğunda yeni su xətlərinin çəkilməsi də planlaşdırılır.