BALAKƏNDƏ SEÇKİLƏRƏ HAZIRLIQ DAVAM ETDİRİLİR
Dairə Seçki Komissiyasının sədri Vahid Əliyevin sözlərinə görə, builki seçkilərdə dairə üzrə 9 bələdiyyəyə 51 üzv seçiləcəkdir. Balakən şəhəri, habelə Tülü, Qasbinə, Çederovtala və Şərif kənd bələdiyyələrində təkrar seçkilər keçiriləcək, 4 bələdiyyədə isə boş qalmış yerlərə üzvlər müəyyənləşdiriləcəkdir. Seçkilər keçiriləcək 18 məntəqədə seçicilərin ümumi sayı 22 min 46 nəfərdir.
Namizədliyi qeydə alınmış 112 nəfərin 60-ı Yeni Azərbaycan Partiyasını təmsil edir. AXCP və ADP-nin hər birindən bir namizəd qeydə alınmışdır. Namizədlərin 50-si bitərəfdir.
Avqustun 7-dən namizədlərin seçkiqabağı təşviqat işinə start verilmişdir. Rayon icra hakimiyyəti başçısının xüsusi sərəncamına əsasən, seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi və namizədlərlə görüşlərin keçirilməsi üçün seçki məntəqələrinin ərazilərində müvafiq yerlər ayrılmış, təbliğat-təşviqat işinin aparılması üçün hər bir namizədə bərabər şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]