BALAKƏNDƏ YENİ İŞ YERLƏRİ AÇILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Balakən rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək, son illər rayonun sosial-iqtisadi həyatında baş vermiş müsbət dəyişikliklərdən, əhalinin rifah halının yaxşılaşdırılması və işsizlik probleminin həlli istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmışdır.
Açılış mərasimindən sonra, sarayda ilk toy şənliyi keçirilmişdir.