Balakəndə yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb
Balakən, 13 yanvar, AZƏRTAC
Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ”dakı 4 sərnişin xəsarət alıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam etdirilir.
Xəsarət alanlardan biri 1984-cü il təvəllüdlü Nuranə Əhmədovadır.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:25]
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
- 09.10.2026 [11:04]
Xaçmazda mağazada yanğın olub VİDEO
- 08.10.2026 [19:03]
Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO
- 08.10.2026 [18:51]