Bali adasında daşqınlar azı 9 nəfərin həyatına son qoyub
Bakı, 11 sentyabr, AZƏRTAC
İndoneziyanın Bali adasında güclü daşqınlar nəticəsində azı 9 nəfər ölüb, iki nəfər isə itkin düşüb.
AZƏRTAC Jakarta Globe portalına istinadla xəbər verir ki, adada ümumilikdə 202 ailə (620 nəfər) zərər çəkib, yüzlərlə insan məktəblərə, məbədlərə və digər ictimai binalara təxliyə olunub.
Balidə quraqlıq mövsümdə daşqınlara nadir hallarda rast gəlinir, lakin bir gündən çox davam edən aramsız yağışlar Badung çayının daşmasına və şəhər ərazilərinin su altında qalmasına səbəb olub.
Bali adasına qonşu Şərqi Nusa-Tenqara əyalətində də ölüm halları qeydə alınıb.
Sel sularının onlarla avtomobili sürükləyib apardığını, çoxmərtəbəli binanın suyun təzyiqi altında necə çökdüyünü əks etdirən görüntülər internetdə yayımlanıb.
İndoneziyanın ictimai işlər naziri Dodi Hanqqodo fəsadların aradan qaldırılması üçün regiona ağır texnika göndərildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]