Baltikyanı ölkələrin ən böyük turoperatoru turistlərə 8,4 milyon avro vəsaiti geri qaytarıb
Vilnüs, 18 fevral, AZƏRTAC
Baltikyanı ölkələrdə ən böyük turoperatorlarından biri olan “Novaturas” pandemiya səbəbindən baş tutmayan səyahətlər üçün turistlərə 8,4 milyon avronu artıq geri qaytarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Novaturas” şirkəti məlumat yayıb.
“Bu günə qədər 8,4 milyon avro qaytarmışıq, fevral ayının sonuna qədər isə bütün müştərilərin vəsaiti geri qaytarılacaq”, - deyə “Novaturs”un rəhbəri Audrone Keynite əlavə edib.
Bildirilib ki, şirkət COVID-19-la bağlı məhdudiyyətlər səbəbindən yanvar ayında müvəqqəti olaraq heç bir bazarda fəaliyyət göstərməyib.
Fevral ayının əvvəlindən Tenerife və Misirə uçuşlar bərpa edilib. Tətilə yollananların daha çox Birləşmiş Ərəb Əmirlikləri və Maldiv adalarına üz tutduqları müşahidə olunub. Epidemioloji vəziyyət və şərtlər imkan verərsə, şirkət yazın ortalarında Türkiyə, Yunanıstan, Bolqarıstan və digər ölkələr istiqamətində turlar təklif edəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]