“Bank BTB” “Ağaclara həyat verək” şüarı altında ağacəkmə aksiyası keçirib
Bakı, 10 noyabr, AZƏRTAC
Dövlət Bayrağı Günü münasibətilə “Bank BTB” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Ağaclara həyat verək” şüarı altında ağacəkmə aksiyası keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 15-20-ci kilometrliyində yerləşən ərazidə 500 dən çox zeytun ağacı əkilib. Bankın 200 nəfərə yaxın əməkdaşı aksiyada iştirak edib. Bankın korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.