“BANK NİKOİL”İN MƏNFƏƏTİ 3 DƏFƏYƏDƏK ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Bank Nikoil”in aktivləri cari ilin ilk 6 ayı ərzində keçən ilin müvafiq dövrünə nisbətən 34,8 faiz artaraq 48,22 milyon manat (AZN), kredit portfeli isə 69,4 faiz artaraq 39,24 milyon manat təşkil etmişdir. Bankın öhdəlikləri 29,72 milyon manatdan 41,3 milyon manatadək yüksəlmişdir.
Depozitlər 59,7 faiz artaraq 29,74 milyon manatı ötmüş, balans kapitalı 6,92 milyon manata çatmışdır.
Bu müddətdə bankın mənfəəti 2,9 dəfə artaraq 568 min manat olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]