BANK RESPUBLİKA İAPA KARTLARINI TƏTBİQ EDİR
AZƏRTAC xəbər verir ki, Bank Respublika müştərilərə geniş imtiyazlardan istifadə imkanı verən (İAPA) Hava Yolları Sərnişinlərinin Beynəlxalq Assosiasiyası kartını tətbiq etməyə başlamışdır. Bu kartın istifadəçiləri dünyanın 20 mindən artıq otelindən 50 faizə qədər, tanınmış Avis, Hertz, National/Tilden/Nippon, Europcar avtomobil kirayəsi şirkətlərində isə 30 faizə qədər qiymət güzəştindən istifadə edə biləcəklər.
İAPA kartı xaricdə beynəlxalq hava limanlarının ərazisində itən yüklərin 48 saat ərzində tapılması üçün nadir Bag-Guard xidməti göstərir. Belə xidmət açar (Key-Guard) və aviabiletlər (Ticket-Guard) üçün də tətbiq edilir.
MasterCard Standard, Gold, Platinum kartlarının istifadəçiləri bu kartı Bank Respublikanın baş ofisindən və filiallarından ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:51]
Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir
- 06.10.2026 [14:48]
Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb
- 06.10.2026 [14:40]