“BANK STANDARD”IN AKTİVLƏRİ 200 MİLYON DOLLARI KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizin ən böyük özəl bankı - “Bank Standard”ın aktivlərinin ümumi məbləği 204 milyon 26 min ABŞ dollarına (180 milyon 808 min manat) çatmışdır. Bu, 2006-cı il yanvar ayının göstəricilərindən 91 milyon 800 min dollar və ya 82 faiz çoxdur.
Cari ilin əvvəlindən bankın balans kapitalı 11 milyon 381 min dollar və ya 92 faiz artaraq 23 milyon 808 min dollara (21 milyon 99 min manat) çatmışdır.
Beləliklə, “Bank Standard” ölkənin özəl bankları arasında aktivlərin ümumi məbləği kimi əhəmiyyətli göstərici üzrə 200 milyon dollarlıq həddi keçən ilk bank olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]