BANM-də “Bacı-qardaş günü” keçirilib
Bakı, 12 iyul, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Bacı-qardaş günü” (Siblings Day) keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, həm maarifləndirici, həm də əyləndirici xarakter daşıyan tədbir İngilis Dili və Humanitar Fənlər Mərkəzinin heyəti tərəfindən təşkil olunub. Burada tələbələrin məktəbli bacı-qardaşları da iştirak edib. Hazırlanmış stendlər qonaqların böyük marağına səbəb olub. Məktəblilər öz dünyagörüşlərini artırmaqla yanaşı, müxtəlif əyləncəli oyunlar oynayaraq hədiyyə qazanıblar.