BANM tələbələri “BankTech” hakatonunda uğur qazanıblar
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan-Fransız Universiteti (UFAZ) və “PAŞA Bank” ASC-nin birgə təşkilatçılığı ilə keçirilmiş 48 saatlıq “BankTech” Hakatonunda Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri böyük uğura imza atıblar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, 170-dən çox komanda arasından seçilən 15 finalçı arasında yarışaraq “Zengezur BHOS” komandası üçüncü yerin qalibi olub.
Komandanın üzvləri biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan III kurs tələbələri Çingiz Məmmədov, Qüdrət Abbaslı və informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan I kurs tələbəsi Vüsal Hüseynov və II kurs tələbəsi Mehin Əliyevadır.
Komanda real vaxtda şübhəli əməliyyatları müəyyənləşdirən və qarşısını alan avanqard fırıldaqçılıq aşkarlama sistemi üzrə innovativ həll hazırlayıb.
Tələbələr 1000 manat dəyərində mükafat və “PAŞA Bank”ın “ZirvədəSən” təcrübə proqramında iştirak imkanı qazanıblar.
Komandanın mentoru BANM-in İnnovasiya və tədqiqatlar mərkəzinin rəhbəri Emiliya Əhmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:45]
Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib
- 05.06.2026 [15:32]
Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub
- 05.06.2026 [15:02]
BDU-da kriminalistik genetika ilə bağlı elmi seminar təşkil edilib
- 05.06.2026 [14:55]
ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub
- 05.06.2026 [14:37]
Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU-da qeyd olunub
- 05.06.2026 [13:50]