Banqladeş bəzi sosial media platformalarını bloklamağı düşünür
Bakı, 1 aprel, AZƏRTAC
Banqladeş Nazirlər Kabinetinin qanun və nizamnamə komitəsinin sədri Mozammel Haque bildirib ki, əgər feysbuk və yutub sosial media şəbəkələri hökumətin “dezinformasiyaya” nəzarət etmək göstərişinə məhəl qoymasa, ölkədə onların fəaliyyəti müvəqqəti dayandırılacaq.
AZƏRTAC “Bangladesh Sangbad Sangstha” agentliyinə istinadla xəbər verir ki, komitə sədri öz açıqlamasında sosial media haqqında qanunun müddəalarını əsas gətirib.
Onun sözlərinə görə, sosial media platformaları hökumət tərəfindən dəfələrlə edilmiş etirazlara baxmayaraq, şayiələrin yayılmasına və kibercinayətlərə qarşı tədbir görmür. Feysbuk və yutub platformalarının Banqladeşdə ofisləri olmadığı üçün onlar yerli hökumətin tövsiyə və göstərişlərinə məhəl qoymurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]