“Barselona” rəhbərliyi Neymarın kluba qayıtması ilə bağlı danışıqlar aparır
Bakı, 22 noyabr, AZƏRTAC
“Barselona” rəhbərliyi Neymarın “Pari Sen-Jermen” (PSJ) klubundan Kataloniya təmsilçisinin heyətinə qayıtması üçün cəhd etməyə qərar verib.
AZƏRTAC “Qazeta.ru”ya istinadla xəbər verir ki, klub rəhbərliyi braziliyalının nümayəndələri ilə danışıqlarda Neymarın bu təklifə razılıq verəcəyi təqdirdə futbolçunun transferi ilə bağlı rəsmi təklif irəli sürməyə hazır olduğunu bildirib.
İyirmi altı yaşlı Neymarın 2017-ci ilin yazında Paris klubuna transferi 222 milyon avroya başa gəlmişdi. Parislilərlə bağlanmış müqaviləyə əsasən, futbolçu üçün bu məbləğin ödəniləcəyi halda o, klubu tərk edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]