SİYASƏT
Baş nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Esvatini Krallığının Baş naziri Rassel Dlamini ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qarşılıqlı maraq doğuran bir sıra sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.