Baş Nazir: Larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik
Tbilisi, 2 avqust, AZƏRTAC
Ötən 2 gündə milli valyutamız (GEL) bir qədər möhkəmlənib. Biz larinin özünün təbii və möhkəm səviyyəsinə qayıdacağını gözləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Mamuka Baxtadze hökumətin iclasından əvvəl keçirdiyi brifinqdə deyib.
Baş Nazir turizm sahəsindəki gəlirlərin azalmasına da münasibət bildirib. Onun sözlərinə görə, turizm sektorunda gəlirlərin azalması müşahidə olunur. Lakin hökumətin planlaşdırdığı tədbirlərin köməyi ilə bu sahə əvvəlki dinamikasına qayıdacaq.
“Biz turizm sektorunda artım dinamikasını bərpa edəcəyik və bu sahə növbəti illərdə də Gürcüstan iqtisadiyyatının əsas aparıcı sahələrindən biri olaraq qalacaq”, - deyə o vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]