Baş nazir: Monteneqronun ixracı ötən il rekord göstəriciyə çatıb
Podqoritsa, 1 fevral, AZƏRTAC
Ötən il Monteneqronun ixracının dəyəri 700 milyon avronu keçib və bu, ölkə tarixində ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bunu Monteneqronun Baş naziri Dritan Abazoviç deyib.
Ölkə iqtisadiyyatının köhnə rejimin dağıdıcı iqtisadi siyasətlərinin təsirlərindən qurtulmağa başladığını qeyd edən D.Abazoviç ötən ilki rekord ixrac səviyyəsinin 2019-cu ildə əldə edilən ən yüksək ixrac göstəricisindən 285 milyon avro çox olduğunu bildirib.
Monteneqro Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə ölkədə məhsul ixracı 60,2 faiz artaraq 700,2 milyon avroya çatıb. Monteneqronun ötən il ən çox ixrac həyata keçirdiyi ölkələr isə Serbiya, İsveçrə, Bosniya və Herseqovina olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]