Baş prokuror Qəbələ şəhərində Ulu Öndərin abidəsini ziyarət edib
Qəbələ, 14 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində iştirak etmək üçün Qəbələyə səfər edib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimindən öncə Baş prokuror Kamran Əliyev Ulu Öndər Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib.
Açılış mərasimindən sonra Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasının keçirilməsi nəzərdə tutulur.