Baş Prokurorluq: Naxçıvanın sabiq prokurorunun həbs olunması məlumatı həqiqətəuyğun deyil
Bakı, 2 fevral, AZƏRTAC
“Bakupost.az” və digər bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
“Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir. Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır”, - məlumatda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:27]
Nazirlik: Yanvar-sentyabr aylarında e-xidmətlərə 5,4 milyon müraciət edilib
- 13.10.2026 [14:20]
Məktəbli formasının tətbiqi ilə bağlı veteranlardan çağırış
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]