Azərbaycan Dövlət İnformasiya Agentliyi

Başlanğıc nöqtəsi və ya növbəti mərhələ? Sülh gündəminin Əbu-Dabi epizodu – ŞƏRH

Başlanğıc nöqtəsi və ya növbəti mərhələ? Sülh gündəminin Əbu-Dabi epizodu –  ŞƏRH

Bakı, 11 iyul, AZƏRTAC

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş Cənubi Qafqazın taleyində yeni səhifə ola bilər. Hər iki liderin neytral platformada üz-üzə gəlməsi dialoq qapılarının açıq qalmasına siyasi iradənin ifadəsi kimi qiymətləndirilə bilər. Görüşün keçirilmiş formatı – tərəflərin təmasda olması və məsələlərin birbaşa müzakirəsi – prosesin davamlılığına olan ümidləri artırır. Sülh diplomatiyası məhz bu cür diplomatik əlaqələr və müzakirə masaları üzərində qurulur.

Bu fikri politoloq Tural İsmayılov AZƏRTAC-a Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu görüşdə mövqeyini aydın və prinsipial şəkildə ortaya qoyub: regionda uzunmüddətli sülh yalnız beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında mümkün ola bilər”. “Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən sülh təşəbbüsləri həm regional sabitliyə, həm də iqtisadi əməkdaşlığa zəmin yaradır. Ermənistan tərəfinin isə bu dəfə daha konstruktiv və qismən praqmatik mövqe sərgiləməsi müşahidə olundu. Bu, Paşinyan hökumətinin beynəlxalq təzyiqlərlə yanaşı, regionda dəyişən reallıqları qəbul etməyə meyilli olduğuna işarədir”.

Görüşün, eyni zamanda, geosiyasi tərəzidə Azərbaycanın üstün diplomatik mövqeyini nümayiş etdirdiyini vurğulayan politoloq həm Rusiya, həm Qərb, həm də regional oyunçuların Bakı ilə yaxın əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. “Bu isə danışıqlar prosesində Azərbaycanın əlini gücləndirən əsas faktorlardandır. Ermənistan üçün alternativin nə qədər zəif və riskli olduğunu Paşinyan hökuməti artıq anlayır. Azərbaycanın hərbi və siyasi resursları fonunda Ermənistan üçün sülh masasına oturmaq təkcə məcburiyyət yox, həm də rasional çıxış yoludur”, - deyə T.İsmayılov əlavə edib.

Azərbaycan tərəfinin gələcək addımları sülh gündəliyinin davamlılığını təmin etmək üçün sistemli olacaq. İlk növbədə, sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətləndirilməlidir. Bakı bu istiqamətdə dəfələrlə konkret xəritələr və təkliflərlə çıxış edib. Bundan əlavə, regionda kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya planları real layihələrlə dəstəklənməlidir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlı olmaqla yanaşı, bu marşrutun beynəlxalq təhlükəsizlik və nəqliyyat layihələrinin bir parçası kimi qəbul edilməsinə çalışır.

Ekspert bildirib ki, Azərbaycan üçün sülh, sadəcə, hərbi toqquşmanın dayandırılması deyil, həm də dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasıdır. “Məhz bu səbəbdən Bakı postmünaqişə dövrünün əsas siyasi memarı kimi çıxış edir. Ermənistandakı revanşist çağırışlara və qaragüruhçu ritorikaya baxmayaraq, Azərbaycan öz strateji kursundan dönmür. Əksinə, bu kurs sülh və inkişaf ideyasını möhkəmləndirən əsas xətt kimi qorunub saxlanılır. Prezident İlham Əliyevin hər çıxışı, hər görüşdə səsləndirdiyi açıq və təmkinli fikirlər bunu sübut edir.

Əbu-Dabi görüşü həm də beynəlxalq vasitəçilərə mesaj idi: Bakı regional məsələlərin həllində xarici diktəyə deyil, regional əməkdaşlığa üstünlük verir. Bu isə regionun gələcəyini xarici güclərin maraqlarından daha çox yerli aktorların məsuliyyət hissi və iradəsi ilə formalaşdırmaq prinsipinə söykənir. Azərbaycan diplomatiyası öz daxili konsolidasiya potensialı, iqtisadi resursları və sabitliyi ilə bu missiyanı üzərinə götürməyə hazır olduğunu dəfələrlə sübut edib”, - deyə politoloq bildirib.

Azərbaycanın sülh çağırışlarını beynəlxalq media, think-tank-lər və diplomatik dairələrdə ardıcıl şəkildə izah etməsi strateji əhəmiyyət daşıdığını deyən Tural İsmayılov paralel olaraq, Qarabağ və ətraf rayonlarda bərpa prosesinin sürətləndirilməsi, bölgənin yeni reallıqlar fonunda inkişaf etdirilməsi həm daxili, həm də xarici auditoriyaya ciddi mesaj verdiyini qeyd edib: “Ermənistan tərəfi əgər özünün uzunmüddətli maraqlarını düşünürsə, bu çağırışlara qarşı çıxmaq əvəzinə, onları fürsətə çevirməlidir. Sülh müqaviləsinin imzalanması üçün konkret tarix olmasa da, prosesin ritmi dəyişib və bu ritmin təşəbbüskarları Azərbaycandır. Əgər Ermənistan növbəti dəfə manipulyativ mövqe seçərsə bu, yalnız özünə qarşı təcridi dərinləşdirəcək. Regionda əməkdaşlıqdan kənarda qalmaq Ermənistanın iqtisadi, sosial və siyasi baxımdan daha da zəifləməsi demək olacaq”.

Politoloq Azərbaycanın bundan sonra da beynəlxalq hüquq və tarixi ədalət prinsiplərinə əsaslanan mövqeyini davam etdirəcəyini bildirib. “Bütün dövlətlərin sərhədlərinin toxunulmazlığı və suverenliyi prinsiplərinə hörmət etmək gələcəkdə istənilən toqquşmaların qarşısını almaq üçün əsas şərtdir. Bu baxımdan Azərbaycan tərəfi üçün prioritet – sabitlik, təhlükəsizlik və davamlı tərəfdaşlıqdır.

Onu da qeyd etmək istəyirəm ki, bu görüş hələ nəticə deyil, bir fürsətdir. Fürsəti nəticəyə çevirmək üçün isə siyasi yetkinlik, diplomatik çeviklik və strateji səbir tələb olunur. Bakı bu xüsusiyyətlərə sahib olduğunu sübut edib. İndi növbə Ermənistan tərəfindədir. Yaxın gələcəkdə veriləcək qərarlar regionun növbəti onilliklərini müəyyənləşdirəcək. Bu isə artıq sülh prosesinin tarixə hansı adla düşəcəyini müəyyən edəcək: “İtirilmiş fürsət”mi, yoxsa “möhkəmlənən sülh”mü? Cavab qarşı tərəfin iradəsindən asılı olacaq”, - deyə Tural İsmayılov fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb