BDU beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakı, 28 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti (BDU) və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin regional direktoru Sergei Khristoliubov, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı Zülfiyyə Şəfiyevanın iştirak etdikləri görüşdə QS qlobal və regional reytinqlərində BDU-nun göstəriciləri, əməkdaşlığın daha da genişləndirilməsi yolları və perspektivləri müzakirə olunub.
Eyni zamanda, universitetin qlobal rəqabətə davamlılığının artırılması istiqamətində qarşıda duran hədəfləri barədə tərəflər arasında fikir mübadiləsi aparılıb. QS tərəfindən təqdim edilən indikatorlar üzrə məsələlərin mütəmadi olaraq diqqətdə saxlanıldığı vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]