BDU-da “Gənc kimyaçılar klubu”nun ilk seminarı
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Gənc kimyaçılar klubu”nun ilk seminarı olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, onlayn seminarda fakültənin II kurs tələbəsi Məryəm İsgəndərli kimyaçılar klubu haqqında məlumat verib, klubun fəaliyyət planından danışıb.
Təlimçi Zeynəb Qədirova evdə aparıla bilən kimyəvi reaksiyalar barədə videotəqdimatla çıxış edib, reaksiyalar və aparılan təcrübələrin nəticələri haqqında ətraflı məlumat verib.
Sonra klub üzvləri öz təcrübələrini bölüşüb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]