BDU-da imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir
Bakı, 8 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın, obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərib.
Bu günədək imtahanlarda iştirak edən tələbələrdən 105 nəfər Apelyasiya Komissiyasına müraciət edib. Müraciətlərin böyük hissəsi iddiaçıların xeyrinə həll edilib.
Xatırladaq ki, Apelyasiya Komissiyası ilə əlaqə üçün (+99477) 304 65 43 nömrəli qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]
Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir
- 05.10.2026 [17:36]
III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib
- 05.10.2026 [17:27]
“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu
- 05.10.2026 [17:16]