ELM VƏ TƏHSİL
BDU-nun tələbələri Geologiya və Geofizika İnstitutunda istehsalat təcrübəsinə başlayıblar
Bakı, 9 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin 24 nəfər IV kurs tələbəsi Geologiya və Geofizika İnstitutunun Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzində istehsalat təcrübəsinə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 12 nəfərlik iki yarımqrupa bölünmüş tələbələr analizlərin aparılmasının ilk mərhələsindən son mərhələyə (nəticənin alınmasına) qədər BDU-nun Analitik kimya kafedrasının müəllimləri Minayə Məmmədova və Rizvan Abdullayevin rəhbərliyi ilə təcrübə keçəcəklər. Mayın 25-dək davam edəcək istehsalat təcrübəsi prosesinə kafedranın rəhbəri Famil Çıraqov nəzarət edəcək.
Təcrübəçi tələbələrə aparılan analizlər haqqında institutun əməkdaşları məlumat verəcəklər, həmçinin onlara analitik cihaz və avadanlıqlardan istifadə vərdişləri aşılanacaq.
Hazırda tələbələr şöbənin iş prinsipləri, həyata keçirilən analiz-tədqiqatlarla yaxından tanış olur, onları maraqlandıran suallar cavablandırılır.