BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Quaid-i-Azam Universitetinin Al-Farabi adına Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Muazzam Ali xan Xattaka ilə imzalanan memorandum universitetin süni intellekt və kibertəhlükəsizlik sahələrində elmi-tədqiqat fəaliyyətlərini gücləndirməyi, innovativ layihələr həyata keçirməyi və mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər rəqəmsal təhlükəsizlik, süni intellekt əsaslı idarəetmə sistemləri, məlumat təhlükəsizliyi və risklərin qiymətləndirilməsi sahələrində birgə layihələr həyata keçirəcək, seminar və təlim proqramları təşkil edəcək, həmçinin ortaq analitik və texnoloji platformalar quracaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:49]
BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]