Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandamız Tokio Olimpiadasında ilk çıxışını təqdim edib
Bakı, 7 avqust, AZƏRTAC
Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandamız Tokio Olimpiadasında ilk kampazisiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət komandanın 5 topla çıxışı 36,700 xalla qiymətləndirilib. Komandamız hazırda 14 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Daha sonra komandamız 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edəcək.
Təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan komandalar finala adlayacaq. Həlledici mərhələ isə avqustun 8-də olacaq.