BƏƏ Mərkəzi Bankı “Bank Melli İran”ın filiallarına qarşı tədbir görüb
Qahirə, 24 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı İranı Milli Bankının ölkədə fəaliyyət göstərən filiallarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, qərara əsasən, “Bank Melli İran”ın filiallarına İranla maliyyə əməliyyatları, o cümlədən pul köçürmələri və ticarətin maliyyələşdirilməsi əməliyyatlarını həyata keçirmək qadağan olunub.
Vurğulanır ki, tədbirlər BƏƏ-də aparılan nəzarət yoxlamaları zamanı bank tərəfindən ölkənin maliyyə qanunvericiliyi tələblərinin pozulmasından sonra görülüb.
BƏƏ Mərkəzi Bankı maliyyə sisteminin təhlükəsizliyi və bütövlüyünün qorunması məqsədilə nəzarətində olan qurumların qanunvericiliyə və beynəlxalq standartlara uyğun fəaliyyətini təmin etmək üçün zəruri tədbirləri davam etdirəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]