BƏHREYN KRALLIĞI AZƏRBAYCANA BÜTÜN SAHƏLƏRDƏ YARDIM ETMƏYƏ HAZIRDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir qonaqları müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmişdir.
Bəhreyn Krallığının müdafiə naziri görüşə görə S. Əbiyevə minnətdarlıq edərək, onu Ramazan bayramı münasibətilə təbrik etmiş və öz ölkəsinə rəsmi səfərə dəvət etmişdir.
General-polkovnik S. Əbiyev qeyd etmişdir ki, Azərbaycan ərəb dünyasının bütün dövlətləri ilə əməkdaşlıq münasibətləri yaratmağa çalışır. Hesab edirəm ki, biz Bəhreyn Krallığı ilə də hər sahədə, o cümlədən hərbi sahədə əməkdaşlığı möhkəmləndirməliyik.
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun həllinin vəziyyəti, Azərbaycanın coğrafi-strateji mövqeyi və iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verərək demişdir: “Azərbaycan iqtisadiyyatı ildən-ilə güclənir. Bu isə onun Silahlı Qüvvələrinin güclənməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir və qayğı göstərir.
Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə demişdir: “İnanıram ki, Azərbaycan öz torpaqlarını azad edəcəkdir. Çünki haqq onun tərəfindədir. Bəhreyn Krallığı Azərbaycana bütün sahələrdə yardım etməyə hazırdır. Biz Allaha dua edəcəyik ki, Azərbaycan tezliklə öz torpaqlarını qaytarsın. Haqq işinə böyük inam olanda və xalq öz qüdrətinə inananda Allah da ona yardımçı olur. Mən Bəhreyn-Azərbaycan hərbi əməkdaşlığının yaradılmasında əlimdən gələn köməyi edəcəyəm.”
General-polkovnik S. Əbiyev bu mərama görə qonağa təşəkkür etmiş və ona uğurlar arzulamışdır.