İDMAN
Belarus atleti Huptar Yahor: “EYOF 2019” mənim beynəlxalq yarışlarda debütümdür
Bakı, 27 iyul, AZƏRTAC
Mən atletika ilə 10 yaşımdan məşğul olmağa başlamışam. İdmanla məşğul olduğum dövrdə yalnız ölkə çempionatında iştirak etmişəm. “EYOF 2019” mənim beynəlxalq debütümdür.
Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının oğlanlar arasında hündürlüyə tullanma üzrə qızıl medal mükafatçısı, belaruslu Huptar Yahor AZƏRTAC-a müsahibəsində söyləyib.
“Finaldakı ən çətin rəqibim fransalı təmsilçi idi. O, pis tullanmasa da, mən ondan üstün oldum. Bu idmanda mənim pərəstiş etdiyim şəxs Qətər atleti Mutaz Barşımdır. Gələcək planlarım barədə onu deyə bilərəm ki, gələn il dünya çempionatı başlayır və mən orada da uğurlu nəticə göstərmək niyyətindəyəm”, - deyə H.Yahor bildirib.