BELARUS AZƏRBAYCANLILARI ABŞ KONQRESİNƏ ETİRAZ EDİR
Bakı, 17 dekabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Belarusda yaşayan azərbaycanlılar ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar yardım ayırmasına etiraz edir.
Bununla əlaqədar ABŞ Konqresinə ünvanlanmış etiraz məktubunda qeyd olunur ki, insan hüquqlarının təbliği ilə məşğul olan ABŞ-ın qanunverici orqanının bir milyondan çox insanın hüquqlarını kobudcasına tapdalamış, onları öz yurd-yuvasından didərgin salmış, minlərlə insanı qətlə yetirmiş bir rejimə maliyyə dəstəyi verməsinin məqsədi anlaşılmazdır. Məktubda deyilir: “Bu gün 8 milyon dollar pul ayırdığınız canilər Azərbaycanın Xocalı şəhərini bir gecədə yerlə-yeksan ediblər, 613 insanı - uşağı, qocanı, cavanı, qadını, kişini, - hamını məhz azərbaycanlı olduğuna görə öldürüblər”.
Belarus Azərbaycan İcmaları Konqresinin ABŞ Konqresinə göndərdiyi məktuba Xocalı soyqırımının təfərrüatlarını əks etdirən fotoşəkillər də əlavə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]